"Azərbaycan Dağınıq Skleroz Cəmiyyəti" içtimai birliyi, Baki şəhərində 2020-ci ildə yaranmışdır. Bizim əsas məqsədimiz Azərbaycan Respublikasında dağınıq skleroz xəstəliyinin müalicəsinin inkişafına, və dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə maddi və qeyri-maddi dəstək verməkdir. Məqsədi həyata keçirmək üçün biz aşağıdakı fəaliyyətləri həyata keçiririk:
- dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin müvafiq dərman vasitələri ilə təmin olunması sahəsində dərman vasitələrin istehsalçı və distribüterlər ilə müntəzəm əməkdaşlıq;
- dağınıq skleroz xəstəliyinin müalicəsinin təkmilləşdirilməsi istiqamətində, yerli və xarici mütəxəssislər, ilə müntəzəm əməkdaşlıq, həkimlərə müvafiq kursların və seminarların təşkili;
- dağınıq skleroz xəstəliyi haqqında məlumatlandırma və maarifləndirmə.